24 İyun 2014 12:34
1 891

Rusiyanın paytaxtında 440 min rublluq (14 min dollarlıq) karakulak cinsindən olan pişik balası naməlum şəxslər tərəfindən qaçırılıb.

Pişik balasını saxlayan qadını sözlərinə görə, naməlum şəxslər onun yaşadığı mənziləm gələrək, özlərini heyvan alıcısı kimi təqdim ediblər. Daha sonra isə onlar qadını tapança ilə təhdid edərək, pişik balasını və mənzildə olan 500 min rublu götürüb qaçıblar.

Karakulak və ya çöl vaşaqı adlanan bu pişik növü Qırmızı Kitaba salınan heyvanlardandır. O, nadir tapılan, qısatüklü və qotazqulaqlı məməli heyvandır. Karakulak, daha çox vaşaq və puma nəslinə yaxın pişik növüdür.

Ülviyyə


Müəllif: