15 İyul 2016 17:31

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Mehdi Ağayevin məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Mehdi Ağayev tanışı Əzizağa Əliyevdən 9913 manat pul alıb. O, Əzizağa Əliyevə Saray qəsəbəsində obyekt tikəcəyini deyib, amma vədinə əməl etməyib.

İstintaq orqanı Mehdi Ağayev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ittiham irəli sürüb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Mehdi Ağayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi həmin məcəllənin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə tövsif olunub.

Mehdi Ağayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...