2 İyul 2014 15:54
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Bakının Qaradağ rayonunda qəribə oğurluq hadisəsi baş verib.

Verilən məlumata görə, Lökbatan qəsəbəsində Xəyyam Baycanova məxsus yük maşını qaçırılıb.

Belə ki, “KamAZ” markalı, 15 ND 028 dövlət nömrə nisanlı yük maşını oğurlanıb. Yük maşını daşlarla dolu olub.

Avtomobil sahibi avtomobilin itməsilə bağlı polisə də şikayət edib.

Yük maşınının tapılması üçün axtarış-əməliyyat tədbirlərinə başlanılıb. /ANS PRESS/


Müəllif: