26 İyun 2017 08:53
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, mayın 7-dən iyunun 18-dək olan müddətdə Göyşaban kənd poçt şöbəsindən 75 manat, hesabat qəbzləri, poçt nişanları və möhür olan seyfi, habelə həmin kənddə yerləşən tibb məntəqəsindən 200 metr elektrik kabelini oğurlanıb.

Lənkəran polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ramiz Fərzullazadə tutulub.


Müəllif: Hacı Zeynalov