11 Oktyabr 12:03

Bakıda soyğunçuluq, oğurluq və dələduzluqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Özal Orduxanlı və 1992-ci il təvəllüdlü Tural Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Özal Orduxanlı 6, Tural Həsənzadə isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Özal Orduxanlı və Tural Həsənzadə internet üzərindən satış etmək istəyən şəxslərə qarşı soyğunçuluqda ittiham edilirlər. Onlar internetdə satış üçün elan verən şəxslərə zəng edərək onlarla görüşüblər. Vətəndaşlara satdıqları malları alacaqlarını deyərək onların etibarını qazanıblar.

Telefon, kompüter və digər əşyaları vətəndaşlardan alanda yalan danışıblar, deyiblər ki, onu hədiyyə kimi alacaqlar, əvvəlcə hədiyyə aldıqları şəxsə göstərmək istəyirlər. Satlıq əşyanı ələ keçirdikdən sonra oradan uzaqlaşan hər iki şəxs bu əməlləri ilə bir neçə nəfərə qarşı soyğunçuliq ediblər.

Özal Orduxanlının əməllərinin qurbanı olan şəxslər sosial şəbəkələrdə onun fotolarını paylaşmışdılar.


Müəllif: Hacı Zeynalov