21 Oktyabr 2017 20:25
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində kafelərdən birində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin 19-cu məhəllə ərazisində yerləşən “Halal süfrə” kafesindən 120-130 manat dəyərində əl-üz yuyanı oğurlanmaq istəyiblər.

Oğurluğa cəhd göstərən şəxs Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və o, barəsində tədbir görülməsi üçün 4-cü polis bölməsinə təhvil verilib.

Araşdırmalar zamanı məlum olub ki, oğurluğu törədən şəxs Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Elşən Mustafayevdir.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyun-avqust ayları ərzində şəhər ərazisində 1 avtomobildən akkumulyator, 1 mağazadan tütün məmulatı və 2 qadının ciblərindən mobil telefonlarını oğurladığı da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov