11 Dekabr 2017 21:28
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, “8-ci kilometr bazarı”nın yaxınlığında 2002-ci il təvəllüdlü Polad Müslümzadə tanımadığı şəxslə mübahisə edib.

Bu zaman onların arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı Polad Müslümzadə həmin şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma başlanıb. Cinayəti törədən şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov