16 Fevral 2018 15:10
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası keşirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

Prokuror Dürrə İsmayılovanın 8 il azadlıqdan məhrum edilməsini, zamində olduğundan barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə zalından həbs olunmasını istəyib.

Növbəti proses fevralın 23-də davam edəcək.

İttihama görə, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1975-ci il təvəllüdlü Dürrə İsmayılova saxlanılıb.

Xətai rayonu ərazisində lombardda işlədən Dürrə İsmayılova xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib. Onun vətəndaşlara ümumilikdə 300 min manatdan çox ziyan vurduğu iddia olunur.


Müəllif: Hacı Zeynalov