8 May 2014 13:25
687

Bakıda və Şəmkirdə oğru qadınlar həbs edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 23-də Şəmkir rayonunun Zəyəm qəsəbə sakini İlham Vəliyevin evindən 1850 manat oğurlanıb. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş həmin qəsəbə sakini Nərmin Həsənova tutulub.

Mayın 6-da isə Bakı şəhər sakini Xəyalə Əliyevanın evindən qızıl əşyalar oğurlanıb. Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Ülkər Bağırova tutulub.

Hacı Zeynalov


Müəllif: