Bakının Nəsimi rayonunda quldurluq edən şəxs yaxalanıb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, fevralın 16-da üzünə maska keçirməklə H.B.Əliyev yaşayan Nərmin Əzizovanı bıçaqla hədələyərək pulunu alıblar.
Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 19-cu polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törədən Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Elçin Mirhəsən oğlu Ramazanov tutulub.
Onun üzərindən avtomatik idarə olunan bıçaq və 2,711 qram tiryək narkotik vasitəsi aşkar olunaraq götürülüb.
Hacı Zeynalov