7 İyul 2015 16:01
401

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Eyvaz Kərimov keçmiş arvadı, 1980-ci il təvəllüdlü Ülkər Abdullayevanı bıçaqlayıb.

Ülkər Abdullayeva xəstəxanaya yerləşdirilib və vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Cinayəti törədən Eyvaz Kərimov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: