2 İyun 2014 14:45
530

Abşeron rayonunda özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə “Karat” MMC-dən oğurluq etdiyinə görə Ramil İmaməliyev həbs edilib.

Ramil İmaməliyevin cari ilin mayın 1-də 8-ci mikrorayonun ərazisində özlərini polis əməkdaşı kimi təqdim etmiş Kürdəmir rayon sakini Aqil Şəmiyev, Zamiq Xasıyev, Aqşin Məmmədov, Ruslan Əliyev və Beyləqan rayon sakini Röyal Qədirovu “KİA” markalı avtomobilə oturdub və Xırdalan şəhərinin ərazisinə aparmaları müəyyən olunub.

Dəstə üzvləri orada Ramil İamaməliyevə hədə-qorxu gəlib və oğurlanmış puldan 450.000 manatının alınmaları müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şəmiyev, R.Qədirov və Z.Xasıyev tutulublar.
Faktla əlaqədar cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: