19 Aprel 2014 19:31
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai polisi Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 35 yaşlı Azər Əsgərovu həbs edib. O, ötən il tanış olduğu qadının etibarından sui-istifadə edib.

Azər Əsgərov tanış olduğu qadına söz verib ki, onu müəssisələrin birinə kompüter dizayneri işinə düzəldəcək. Bununla da tanışından 2000 manat pul alıb. Lakin vədinə əməl etməyib. Qadın bir müddət gözləsə də, Azər Əsgərovdan səs çıxmayıb.

Hər dəfə qadının zənglərinə cavab verən Azər işin yaxın zamanlarda düzələcəyini deyib. Bir müddət sonra Azərin mobil telefonuna zəng çatmayıb. Buna görə də qadın Azər Əsgərov tərəfindən dələduzluqla üzləşməsi barədə polisə şikayət edib. Azər Əsgərovun barəsində cinayət işi başlanıb.

Hacı


Müəllif: