5 İyul 2018 00:28
4 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV Muğam Müsabiqəsinin laureatı, xanəndə Ayşən Mehdiyeva “Dünya” adlı yeni mahnısını təqdim edib.

Teleqraf.com-un məlumatına görə, mahnının sözləri Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova (Tağı Sadiq), musiqisi bəstəkar Rauf Məmmədova məxsusdur.

Ayşən Mehdiyevanın sözlərinə görə, “Dünya” Tağı Əhmədovun sözlərinə oxuduğum növbəti mahnı: “İlk olaraq sözləri çox bəyəndim. Dünyada yaxşılıq da, pislik də etsən onsuzda bu dünyadan köçməli olacaqsan. Yaxşıların etdiyi yaxşılıq bu dünyada qalacaq, lakin etdiyin pisliklər səni elə o dünyada yandıracaq. Bir qədər fəlsəfi mahnıdır, düşündürücüdür. Bu na görə də hörmətli bəstəkarımız Rauf Məmmədova müraciət etdim ki, bu sözlərə mahnı bəstələsin. O da sağ olsun, gözəl bir əsər yaradıb. Son söz yenə tamaşaçılarındır”.

Qeyd edək ki, xanəndənin bundan öncə Tağı Sadiq və Rauf Məmmədovla işbirliyi nəticəsində “Ceyranım” mahnısı ərsəyə gəlib.


Müəllif: Nərgiz