3 Fevral 2019 10:00
2 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Məleykə Əsədovaya itki üz verib.

Teleqraf.com xəbər verir ki, sənətçinin yeznəsi dünyasını dəyişib.

Məleykə Əsədova bu barədə İnstaqramda məlumat yayıb. "Kaş belə olmayaydı, kaş doğmalarımız bizdən ayrılmayaydı. Bu gün mənim üçün çox ağır gündür. Çox sevdiyim qardaşım, qızımın babası, bacımın yoldaşı, evimizin böyüyü Rəcəbimiz 61 yaşında rəhmətə getdi. Söz tapa bilmirəm, özümü çox pis hiss edirəm".

Onun sözlərinə görə, həkimlərin səylərinə rəğmən yeznəsini xilas etmək mümkün olmayıb: "Allah onun o dünyaya getmək qismətini bu günə yazıb. Gözəl Allahım, qardaşımın o dünyasını rahat et. Anam, atam dünyasını dəyişəndə həmin dəqiqə heç birinin yanında olmadım. Amma bu gün... Mənim ürək dostum, qardaşım mənimlə görüşüb getdi. Hamımızın sonu oradır. Allahın bəxş etdiyi həyatı heç kimə zərər vermədən yaşayaq. Ömür çox qısadır".


Müəllif: Teleqraf.com