Noyabrın 30-da "Libraff" kitab evində "Astrologiyanı öyrənirəm" kitabının imza günü keçirilib.
Teleqraf.com xəbər verir ki, kitabla bağlı ətraflı məlumat verən müəllif, gənc astroloq Aytən Salamini ana dilimizdə astrologiya barədə mənbələrin az olduğunu, ona görə xarici mənbələrdən əldə etdiyi, həmçinin, özünün araşdırdığı bilgiləri oxuculara çatdırmaq qərarına gəldiyini söyləyib.
O, qeyd edib ki, oxucular "Astrologiyanı öyrənirəm" kitabı vasitəsilə göy üzünün sirlərinə yiyələnə və şəxsi doğum xəritəsini hazırlaya bilər.
Tədbirdə çıxış edənlər qalaktikamızda planetlərin hərəkəti, bürclərlə xarakterizə olunması, bu kombinasiyanın insan taleyinə təsiri və digər mövzuların da kitabda aydın dillə izah olunduğunu dilə gətiriblər.
Sonda Aytən Salami oxucuların suallarını cavablandırıb.