“İctimai Televiziya və mən ("Vətəndaş A"serialının baş prodüseri) bildirmək istəyirik ki, Lahıc çəkilişləri zamanı heç bir dron Dövlət Sərhəd Xİdməti (DSX) tərəfindən vurulmayıb, radarın sönülü olması səbəbi ilə qayaya çırpılıb. Və DSX əməkdaşları ilə heç bir telefon danışığı olmayıb. Yayılan məlumat həqiqəti əks etdirmir!"
Teleqraf.com xəbər verir ki, bunu prodüser Sevinc Əliyeva "Vətəndaş A" serialının çəkilişləri zamanı istifadə olunan dronunun Dövlət Sərhəd Xidməti tərəfindən vurulması barədə xəbərlərə münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, bu barədə ona dron operatoru Orxan İslamov məlumat verib.
“Dron mənim səhvimə görə qayaya dəyib. Dronun üç lensi var: normal, orta, zoom. Orta lenslə çəkəndə kamera yaxını göstərir, amma dron uzaqda olur. Ona görə də məsafə hesabını götürmək çətin olur. Həmin avtobus səhnəsini zoom lenslə çəkirdim, normal halda dronun da radarları sönülü olur, yaddımdan çıxıb riskli yerlərdə yandırmışam, o da tam sürət gedib qayaya çırpılıb”, - deyə Orxan İsmayılov Sevinc Əliyevaya yazdığı məktubunda qeyd edib.