3 Dekabr 22:25
200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Mərkəzində "Azərbaycan Atabəyləri" adlı iki seriyalı bədii-sənədli filmin təqdimatı baş tutub.

Teleqraf.com xəbər verir ki, filmin baş prodüseri və ssenari müəllifi İlqar Mehti deyib ki, layihədə əsas məqsəd tarixi şəxsiyyətləri tanıtmaqdır: "Layihədə əsas məqsədimiz Qara Sunqur kimi tarixi şəxslərin nağıl qədər maraqlı olan həyat hekayələrini ekrana daşımaq və onları hamıya tanıtdırmaqdır. "Atabəylər" haqqında ilk dəfə film çəkilir. Qarabağ zəfərimizdən sonra öz tariximizə daha əminliklə sahib olmağa başladıq".

Filmin baş qəhərmanı Zabit Səmədov isə saytımıza açıqlamasında ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüb: "Filmi tamaşaçılar çox bəyəndi. İnşallah davamlı və uğurlu olar. Azərbaycanda mütləq şəkildə tarixi filmlər çəkilməlidir. Bu, yeni nəsilə qürur verər. Obrazım çox qürurvericidir. Filmi çox qısa müddətdə çəkilib. Bu mənə böyük bir təcrübə oldu. "Azərbaycan Atabəyləri" serial şəkilində davam etsə, daha da ciddi hazırlaşacam".

Qeyd edək ki, filmdə 100-dən çox aktyor rol alıb. Filmdə baş rollarda Zabit Səmədov, İlqar Mehti və Mehriban Zəki yer alıblar. Filmin baş prodüseri və ssenari müəllifi İlqar Mehti, quruluşçu rejissoru Mecit Güvendir. Ekran əsərində Atabəylər dövlətinin tarixindən və Azərbaycan dövlətinin necə qurulduğundan söhbət açılır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər