2 Sentyabr 2022 17:51
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cennifer Lopez Ben Affleklə üç günlük toyunun təfərrüatlarını açıqlayıb və öz saytında yeni fotolar yerləşdirib.

Teleqraf.com xəbər verir ki, məşhur müğənni bəzi narahatlıqlarını da dilə gətirib.

“O, məni pilləkənlərin başında görəndə... Bu, inanılmaz idi, xəyal və yuxu kimiydi. Heç vaxt oyanmaq istəmədiyimiz yuxu kimi...

Mənim bütün diqqətim paltarıma və ayağımın büdrəməməsinə yönəlmişdi. Amma Benə yaxınlaşıb, üzünü görəndə onunla bərabər eyni gözəl hissi yaşadım. Həmin gün bəzi köhnə yaralar sağaldı və nəhayət, keçmişin ağırlığı çiyinlərimizdən götürüldü. Planladığımız kimi olmadı, daha yaxşı oldu” - deyə müğənni o anları xatırlayıb.

O bildirib ki, üç günlük toy mərəsimində hər şey heç də istədikləri qədər mükəmməl alınmayıb: “Toya qədər bir sıra problemlərlə üzləşdik. Ən ciddisi, toydan bir həftə əvvəl həm Ben, həm də məndə mədə narahatlığı oldu. Ciddi müalicə olunduq”.

Cennifer etiraf edib ki, ən böyük qorxularından biri hava ilə bağlı imiş: “Hər kəs havanın isti olacağından ehtiyat edirdi, biz də daim təfərrüatları düşünürdük: hamı gələcəkmi, yaxud vaxtında gələcəklərmi? Hətta mərasim günü tufan da ola bilərdi”.

Cennifer Afflekin toydakı çıxışında dediyi sözləri xatırlayıb: “Toy mərasimində Ben öz çəkildiyi “Gecənin qanunu” filmindən bir neçə cümlə dedi: “Bura cənnətdir. Və biz indi onun içindəyik”. Necə gözəl sözlərdir”.

Qeyd edək ki, Cennifer Lopez və Ben Afflekin toy mərasimi avqustun sonunda aktyorun Kaliforniyadakı malikanəsində keçirilib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər