24 Sentyabr 2022 01:56
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nicat Kazımov son günlər adı qalmaqalda hallanan Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadəni müdafiə edib.

Teleqraf.com xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb.

"Bir çoxlarından fərqli olaraq Naidə İsmayılzadə mənəm- mənəm deməyi sevmir. Amma teatra necə can yandırdığını Azərbaycanın ən böyük aktyor truppasına malik Gənc Tamaşaçılar Teatrının hər bir əməkdaşı bilir. Bəlkə də kimlərsə elə biləcək ki, məddahlıq edirəm. Amma məni də tanıyan tanıyır... Və bu ad mənə yapışmayacaq.

Naidə xanım teatrın bütün aktyorlarına, xüsusən də gənclərə hər zaman dəstək olub. Mən buna şahidəm ki, lazım olanda öz halal məvacibini belə teatra xərcləyib. Belə bir insanı tanımaq və ona layiq olduğu hörməti göstərmək lazımdır".

O həmçinin əlavə edib ki, qazilərimizə, əsgərlərimizə hamımız borcluyuq. Onlar bizim qürur və fəxarət yerimizdir.

"Lakin - heç kəs məndən inciməsin. Aktyor üçün göstərici yalnız istedad olmalıdır" - Əməkdar artist vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Nüsrət Kəsəmənlinin qazi nəvəsi Cavidan Kəsəmənli Naidə İsmayılzadəni ittiham etmişdi. Onun sözlərinə görə, direktor onu işə götürməkdən imtina edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər