11 Dekabr 2022 08:20
2 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Şakiranın 2022-ci il dünya çempionatında Mərakeşin sürpriz şəkildə yarımfinala adlaması ilə bağlı paylaşımı gündəm olub.

Teleqraf.com xəbər verir ki, Mərakeş Portuqaliyaya qalib gələrək 2022-ci il dünya çempionatının yarımfinalına yüksələn ilk Afrika komandası oldu. “Atlas şirləri”nin tarixi qələbəsi dünyada böyük əks-səda doğurdu.

Vaxtilə Afrikada keçirilən dünya çempionatı üçün mahnı oxuyan kolumbiyalı sənətçi Şakira paylaşımda Mərakeş bayrağı və alqış emojilərindən istifadə edib.

Müğənni həmçinin "Bu dəfə Afrika üçün" mənasını verən məşhur "Waka Waka " adlı mahnısını da paylaşıb.


Müəllif: Pərvin Cəfərova