9 Aprel 2023 15:58
5 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddətdir ekranlardan uzaq düşən tanınmış türk aktrisa Nebahat Çehre karyerasını gözəl rolla bitirmək istədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, İstanbulun Etiler səmtində kameralara tuş gələn Nebahat Çehre jurnalistlərə səmimi açıqlamalar verib.

79 yaşlı aktrisa yeni layihə gözlədiyini bildirib: “Layihənin üzərində iş gedir. Ortaya yaxşı məhsul çıxsa, ola bilsin ki, çəkiləcəm. Güman ki, gələn il karyeramı bitirəcəm. İzləyicilərim üçün darıxıram. Onlarla gözəl şəkildə vidalaşmaq istəyirəm”.

2008-2010-cu illər arasında ekranlaşdırılan "Aşk-ı Memnu" serialında Firdevs obrazını canlandıran Nebahat Çehre əsərin yenidən ekranlaşdırılmasına münasibət bildirib: “Bildiyim qədər dövr filmi olacaq. Bizimki kimi müasir olmayacaq”.


Müəllif: Pərvin Cəfərova