10 Yanvar 2015 11:13
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış "Vinsent Kallebo" adına memarlıq bürosu Parislə  bağlı yeni futuristik layihəsini təqdim edib. 

 

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, yeni layihədə memarların əsas götürdüyü faktor qlobal istilik və çirklənmə ilə mübarizədir. 

 

Plana əsasən 2050-ci ilə Parisdə karbon qazının səviyyəsi 75% aşağı düşməlidir. Belə optimistik proqnozun nəticələrindən ilhamlanmış Vinsent Kallebo studiyasının memarları hansı innovativ tikililərin hesabına bu arzu reallıq ola biləcəyini təqdim ediblər. Kompleks bir neçə böyük yaşayış və ictimai massivindən ibarət olacaq. Burada yeraltı dayanacaq, supermarket və yeni körpülərin tikintisi planlaşdırılır. Layihə özünə Parisin müxtəlif rayonlarda yerləşən, bir-biri ilə xüsusi körpülərlə birləşən fərqli hündür binaları daxil edir.

 

Teleqraf.com bu maraqlı layihənin fotolarını təqdim edir : 

 

Rüstəm


Müəllif: