18 Mart 13:36
2 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər bir azərbaycanlıya çağırış edirəm. Gəlin, bir olaq, birgə olaq. Hamımız dəstək olaq. O torpaqda yenidən yeni həyat qurmaq lazımdır. Bu da bizim çiynimizə düşür".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Nəzakət Teymurova deyib.

Bir sənətkar olaraq doğma yurda qayıdıb, yaşayacağını bildirən Xalq artisti orada Azərbaycan mədəniyyəti üçün əlindən gələni edəcəyini deyib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə video çarxlar hazırlanır.

Xalq artisti Nəzakət Teymurovun iştirakı ilə hazırlanmış növbəti video çarxı təqdim edirik:


Müəllif: Teleqraf.com