Azərbaycan kinosu tarixində ilk dəfə olaraq “Sonuncu” qısametrajlı bədii filmi 67-ci Kann Beynəlxalq Kinofestivalının əsas müsabiqə proqramlarından biri olan “Qısa metr” proqramına daxil edilib. Bunu Teleqraf.com-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “BUTA FILMS” şirkətininin birgə istehsal etdikləri filmin quruluşçu rejissoru Serqey Pikalov, ssenari müəllifləri Serqey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Aleksey Ayqi, prodüserləri Mariya İvanova, Nəsib Piriyev, Müşfiq Hətəmovdur.
Filmdə İdris Rüstəmov və Corc Kafarov çəkiliblər.
Qeyd edək ki, “Qısa metr” proqramının münsiflər heyətinin sədri dünya şöhrətli İran kinorejissoru Abbas Kiyarostamidir.
Nərmin