Yaponiyada 5 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, zəlzələnin episentri Tokio yaxınlığında 40 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və itkilər barədə hələ ki, məlumat verilməyib.
Bölgədə sunami təhlükəsi elan olunmayıb.