13 İyun 2016 12:50
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa polisi rusiyalı fanatların qaldığı otelə basqın edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ümumrusiya Azarkeşlər Birliyinin rəhbəri Aleksandr Şprıqin Tvitter hesabından məlumat verib.

Onun sözlərinə görə, polislərin hamısı silahlı olub: "Avtomatlarla silahlanmış 40 polis otelə basqın edib sənədlərin nüsxələrini götürdü və bizim fotolarımızı çəkdilər".

Qeyd edək ki, iyunun 11-də “Avro-2016" çərçivəsində Marselin “Velodrom” stadionunda İngiltərə və Rusiya yığmaları arasında keçirilən oyunda qarşıdurma baş verib. Oyun başa çatdıqdan sonra rusiyalı fanatlar mühafizə xəttini qıraraq rəqib komandanın azarkeşlərinin yerləşdiyi tribunalara hücum ediblər.

UEFA Rusiya və İngiltərəyə xəbərdarlıq edib.Əgər çempionat çərçivəsində azarkeşlər yenə zorakılığa yol verərsə, komandalar Avro 2016-dan çıxarıla bilər.

İyunun 12-də UEFA Rusiyaya qarşı intizam araşdırmasına başladığını bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər