"ABŞ-ın Suriya münaqişəsinin nizamlanması və prezident Bəşər Əsədin taleyinin müəyyənləşməsi ilə bağlı səbri tükənir".
Teleqraf.com-un Rusiya KIV-ə istinadən xəbərinə görə, bu sözlər ABŞ Dövlət Katibi Con Kerrinin bu gün verdiyi bəyanatda yer alıb.
"Rusiya başa düşməlidir ki, bizim səbrimiz sonsuz deyil. Bizim səbrimiz onunla məhdudlaşır ki, Əsəd məsuliyyətə cəlb ediləcəkmi?", - Röyter Kerridən sitat gətirib.
Kerri onu da deyib ki, ABŞ Suriyada zorakılıq edən və atəşkəs rejimini pozan müxalifət nümayəndələrinin də məsuliyyətə cəlb edilməsinə hazırdır.
"Tamamilə aydındır ki, atəşkəs pozulub və bu, risk yaradır. Həqiqi atəşkəsin əldə olunması olduqca vacibdir. Biz bunu bilirik, bizim heç bir illüziyamız yoxdur", - Kerri deyib.
Nihad