24 İyun 2016 17:07
3 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyada keçirilən referendumun nəticələri ilə bağlı fikirlərini bölüşüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, referendumun nəticələrinin dünya birjalarına təsir edəcəyini deyib.

Putinin sözlərinə görə, referendum Britaniyanın daxili məsələsidir. Rusiyalı lider Böyük Britaniyanın baş naziri Devid Kemeronun fikrinə də münasibət bildirib: "Kemeron açıqlamasında Rusiyanı Britaniyadakı referendumun nəticələrinə təsir etməkdə günahlandırıb və bildirib ki, Putin bundan xoşbəxt olacaq. Bu, Kemeronun seçici fikrinə təsir üçün istifadə etdiyi kobud addımdır. Rusiya bu məsələyə heç vaxt qarışmayıb və qarışmayacaq. Kemeronun bu fikri də əsassızdır".

Putin Britaniyanın bu qərarının Avropa Birliyinin Rusiyaya qarşı yeritdiyi sanksiyalar siyasətinə təsiri ilə bağlı sualı da cavablandırıb: "Fikrimcə, bu siyasətə heç bir təsiri olmayacaq".

Samir


Müəllif:

Oxşar xəbərlər