Rusiya kəşfiyyatı və xüsusi xidmət orqanları xeyli vaxtdır ki, ABŞ səfirliyinin əməkdaşları və amerkalı diplomatları izləyir və qorxudur. Özü də bu, yalnız Moskvada deyil, bir çox Şərqi Avropa ölkələrində edilir.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu iddia ilə Washington Post qəzeti çıxış edib.
Qəzetin yazdığına görə, ABŞ dövlət katibi Con Kerri bu məsələyə görə Vladimir Putinə müraciət etmək məcburiyyətində qalıb. O, Putindən bu hala son qoyulmasını və diplomatları sakit buraxmağı xahiş edib.
Qəzet adını açıqlamadığı diplomatlara istinadən bildirir ki, Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları təzyiq məqsədilə müxtəlif üsullardan istifadə edirlər: diplomatlar evə gedərkən izlənilir, onların ailə üzvləri təqib olunur, rusiyalı çekistlər dəvət olunmadıqları ictimai tədbirlərə qatılır, müxtəlif jurnalistləri ələ alır və onlara diplomatlar haqqında sifarişli yazılar yazdırırlar.
Bəzi diplomatlar isə Rusiya xüsusi xidmət orqanları əməkdaşlarının hətta gecə vaxtı onların yaşadığı evə daxil olduqlarını bildiriblər.
Nihad