28 İyun 2016 12:49
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın iştirakı olmadan miqrant böhranı və terrorçuluqla mübarizə məsələlərinin həlli mümkün deyil".

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt deyib:

"Bu gün biz bir sıra ciddi problemlərlə qarşılaşırıq. Bunlar arasında miqrant böhranı, beynəlxalq terrorçuluq, ekstremizm və radikalizmlə mübarizə, eləcə də Avropadakı münaqişə ocaqları ən vacib məsələlərdir. Biz bütün güclərimizi birləşdirməliyik ki, uğurlu nəticə əldə edək".

Aqramunt əlavə edib ki, AŞPA Rusiya ilə dialoqa başlamağın tərəfdarıdır.

Qeyd edək ki, 2014-2015-ci illərdə AŞPA Rusiyaya qarşı bəzi qətnamələr qəbul etdi. Bu qətnamələrə görə Rusiya səsvermə hüququndan, assambleyanın monitorinq missiyasında və qanunverici orqanların iclaslarında iştirakdan məhrum edildi. Buna cavab olaraq, rusiyalı deputatlar 2015-ci ilin sonundan assambleyanın iclaslarında iştirakdan imtina etdi.

Samir


Müəllif:

Oxşar xəbərlər