Bu gün Avropa Birliyinin 33-cü iclası öz işinə başlayır.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iclas Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.
İngiltərənin Baş naziri Devid Kemeron Böyük Britaniyada keçirilən referendumdan sonra ilk dəfə Avropa Birliyi liderləri ilə görüşəcək. Birliyin iclasında Britaniyadakı referendumun nəticələri əsas müzakirə mövzusu olacaq.
Avropa Parlamenti də İngiltərənin Avropa İttifaqının tәrkibindәn çıxma qərarını müzakirә edәcәk.
Bu arada, Avropa Parlamenti Avropa Birliyinə çağırış ünvanlayıb: "Avropa Birliyi Britaniyanın birliyi tərk etməsi qərarını dərhal təsdiqləməlidir. Bu, Avropa Birliyi haqqında Lissabon sammitinin 50-ci maddəsində aydın şəkildə izah olunur. Həmin maddədə deyilir ki, birliyi üzv istənilən ölkə istədiyi vaxt təşkilatı tərk edə bilər".
Qeyd edək ki, iyunun 23-də Britaniyada keçirilən referendumun nəticələrinə əsasən, seçicilərin 52 faizi "Brexit"in lehinə səs verib.
Samir