30 İyun 2016 17:48
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Böyük Britaniyada keçirilən referendum bazarların boşalmasına səbəb olub".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, bir müddətdən sonra hər şey bərpa olunacaq. Putin əlavə edib ki, London və Brüssel arasındakı danışıqların gedişini hökumət diqqətlə izləməli və bunun Avropa Birliyi-Rusiya münasibətlərinə təsiri araşdırılmalıdır:

"Aydındır ki, referendumun nəticələrinin travmatik effekti uzun müddət hiss olunacaq".

Putin NATO-nun Rusiya sərhəədləri boyunca hərbi varlığını artırması məsələsinə də münasibət bildirib: "Polşa və Baltikyanı ölkələrdə çevik qüvvələr və hücum silahları yerləşdirilir. Alyansın bu addımı Rusiya sərhədində hərbi pariteti pozmağa yönəlib".

Samir


Müəllif:

Oxşar xəbərlər