Rusiyanın İl-76 təyyarəsinin İrkutskda qəzaya uğraması ilə əlaqədar cinayət işi başlanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyi məlumat verib:
"Qəzaya səbəb kimi iki versiya nəzərdən keçirilir: texniki nasazlıq və pilotların səhvi. Hazırda araşdırma aparılır. Əməliyyat-istintaq qrupu yaradılıb".
Qeyd edək ki, dünən səhər saatlarında radarlardan itən təyyarədə 10 nəfər olub.
Samir