12 İyul 2016 16:08
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada iki sərnişin qatarı toqquşub.

Teleqraf.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı ən azı 12 nəfər ölüb, onlarla sərnişin xəsarət alıb.

Məlumatlara görə, qəza Andria şəhəri yaxınlığında baş verib. Hadisə nəticəsində 4 vaqon relsdən çıxaraq, aşıb. Olay yerinə xeyli sayda xilasedici cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.

Samir


Müəllif: