16 İyul 2016 13:21
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə saatlarında Türkiyədə hakimiyyəti devirməyə cəhd edən Türk Silahlı Qüvvələrinin bir qrup zabit və əsgər heyəti Hava Qoşunlarının komandanı general Abidin Ünalı əsir alıb.

Teleqraf.com xəbər verir ki, dünən axşam saatlarında Eskişəhərdəki hava qüvvələri komandanı general Mehmet Şanverin qızının Moda Dəniz Klubunda toy mərasimi keçirilirmiş.

General Abidin Ünal və Hava Qoşunlarının digər yüksək rütbəli zabitləri toy mərasiminə qatılıbmış.

Toy mərasimi davam edərkən qəfildən əsgəri helikopterlər sürətlə mərasim keçirilən əraziyə eniş edib. Daha sonra helikopterdən düşən əsgərlər general Ünalı, eləcə də general Şanver və hava Qoşunlarının digər yüksək çinli zabitlərini əsir alaraq aparıblar.

Məlumatda qeyd edilir ki, hazırda Türk Silahlı Qüvvələrinin rəhbərliyi general Ünalla əlaqə saxlamağa çalışır.

Nemət


Müəllif:

Oxşar xəbərlər