16 İyul 2016 17:58
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ötən ilin sentyabr ayında Kəbədə baş verәn kran qəzası və Minada yaşanan izdiham nәticәsindә həyatını itirənlər üçün Səudiyyə Ərəbistanından təzminat və ‘‘qan pulu’’ ödәmәsini istəyib.

Teleqraf.com İranın rəsmi xәbәr agentliyi IRNA-ya istinadən xəbər verir ki, bununla bağlı İran Həcc və Ziyarət Tәşkilatının sədri Səid Ohedi açıqlama verib. O, Səudiyyə Ərəbistanının təzminat ödəməsi üçün cəhdlərini davam etdirdiyini söyləyib:

‘‘Sәudiyyә Әrәbistanının Hәcc naziri ilә görüşdüyümüz zaman qaldırıcı kran qәzası nәticәsindә həyatını itirənlər üçün hәcc mövsümündәn әvvәl, Minada baş verәnlәr üçün isә hәcc mövsümündәn sonra tәzminat vә qan pulu ödәyәcәklәrini demişdi. Lakin bu ana qәdәr heç bir ölkәyә hәr hansı bir ödәmә edilmәyib’’.

Sәid Ohedi Sәudiyyә Әrәbistanına verdiklәri sözә әmәl etmәlәri ilә әlaqәdar çağırış edib.

Xatırladaq ki, Mәkkәdә 2015-ci il sentyabrın 11-dә kranın aşması nәticәsindә 107 nәfәr hәyatını itirmişdi. Daha sonra Minada baş verәn kütlәvi izdiham nәticәsindә isә Sәudiyyә Әrәbistanı rәsmilәrinin mәlumatına görә, 769 nәfәr həlak olmuşdu.

Samir


Müəllif:

Oxşar xəbərlər