“ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp diktatordur”.
Teleqraf.com “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ-da Demokratlar partiyasından prezidentliyə keçmiş namizəd Derni Sandres deyib:
“O deyir ki, hər şeyi özü həll edə bilər. Başa düşmürəm, o, prezident seçilir, yoxsa diktator? Bəlkə o anlamır ki, Konqreslə birlikdə işləməlidir”.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.
Samir