Avropa Komissiyası konstitusiya böhranından çıxmaq üçün Polşaya 3 ay vaxt verib.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Avropa Komissiyası sədrininbirinci müavini Frans Timmermans Brüsseldə keçirdiyi mətbuat konfrasında məlumat verib:
"Avropa Komissiyası Polşa hökumətini dərhal bu böhrana son qoymağa və qarşıdakı 3 ay müddətində görülən işlərlə bağlı komissiyanı məlumatlandırmağa çağırır".
Timmermans əlavə edib ki, Polşa hələ Avropa Komissiyasının məsələ ilə bağlı narahatlığını aradan qaldırmayıb: "Polşa hökuməti ilə dialoqlara baxmayaraq, lazımi tədbirlər görülməyib və məsələ ilə bağlı narahatlığımızı bildirmişik".
Samir