Gürcüstanın baş naziri Georgi Kvirikaşvili müdafiə naziri Tinatin Hidaşeli və barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Paata Zakareişvilinin istefa tələblərini qəbul edib.
Bu barədə Trend "RİA Novosti"-yə istinadən xəbər verir.
Hökumət aparatında bildiriblər ki, nazirlər vəzifələrinə dair yeni namizədlər yaxın vaxtlarda məlum olacaq.