Türkiyənin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ CNN TÜRK-ün "Tarafsız bölgə" verilişində ölkədə baş verən hadisələrə münasibət bildirib.
Teleqraf.com-un məlumatına İlkər Başbuğ 15 iyul olaylarının hərbi çevriliş olmadığını deyib.
Başbuğun sözlərinə görə, bu, Gülən camaatının silahlı çevriliş hərəkatı idi: "15 iyulu hərbi çevriliş olaraq dəyərləndirmirəm. Bu, Gülən camaatının silahlı çevriliş hərəkatı idi. Çevrilişin arxasında 3 qrup var. 15 iyulu planlaşdıran, həyata keçirən Gülən camaatıdır. İkinci qrup böyük ehtimalla vaxtında edilməsi gərəkəni eləməyən, gecikən, tərəddüdə düşənlərdir. Bunlar camaatçı deyillər. Üçüncü qrup da camaatçı deyil, buna rəğmən vəziyyətdən istifadə etmək istəyənlərdir".
İlkər Başbuğ hesab edir ki, Türkiyə Silahlı Qüvvələrinə (TSQ) sızan Fətullahçı ünsürlər bu hadisələri özbaşına başlatmayıblar: "Bu hərəkatı kənardan idarə edənlərin hədəf və məqsədləri var".
Keçmiş Baş Qərargah rəisi Gülən camaatına xidmət edən insanların TSQ-yə sızımasında Milli İstihbarat Təşkilatını (MİT) günahlandırıb və MİT-də də çoxsaylı Gülənçilərin olduğunu deyib.
İlkər Başbuğun sözlərinə görə, camaatçıların TSQ-yə nüfuz eləməsinin tarixi 70-ci illərə gedib çıxır: "Camaatın TSQ-yə sızması 70-ci illərə gedir. Camaatın əsl güclənməsi Turqut Özal zamanında oldu. Bülənd Ecevit də camaata simpatiya ilə yanaşırdı. Rəhmətlik Ərbakan isə camaatla məsafə saxlayırdı".
İlkər Başbuğ AKP-nin də Gülən camaatını diqqətə almadığını vurğulayıb. Başbuğun sözlərinə görə, AKP mənsublarına "Təhdid bu gün bizə, sabah sizə" xəbərdarlığı edib, ancaq onu məsələni şişirtməkdə günahlandırıblar.
Açıqlamanın daha bir maraqlı məqamı İlkər Başbuğun Gülən camaatı ilə Türkiyə prezidentinin təkbaşına mübarizə apardığını söyləməsidir. Türkiyədə 26-cı Baş Qərargah rəisi olmuş İlkər Başbuğ Rəcəb Tayyib Ərdoğanın 2012-216-cı illər arasında Gülən camaatına qarşı təkbaşına savaşdığını və tək buraxıldığını deyib.
Mahir