3 Avqust 2016 08:16
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevginin insanı incitdiyi məlumdur, Çində isə aşiq olmuş bir holland kişinin sevgisi hətta onu xəstəxanaya salıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, 41 yaşlı Alexander Pieter Cirk bu yaxınlarda onlayn tanış olduğu Zhang adlı çinli sevgilisini görmək üçün Hollandiyadan Human əyalətinə uçub. Lakin o, Changsha hava limanında yeni sevgilisini 10 gün gözləməli olub. Sevgilisi gəlməsə də o, Çində müəyyən rəğbət qazanıb.

Cənab Cirk Çin televiziyasına bildirib ki, o, 26 yaşlı Zhangla iki ay bundan əvvəl onlayn proqram vasitəsilə tanış olub və aralarında sevgi yaranıb. O, sevgilisini görmək üçün Çinə uçmağı qərara alıb, lakin Human əyalətinə çatanda onu qarşılamağa heç kim gəlməyib.

O, 10 gün ərzində aeroportu tərk etməkdən imtina edib və sonda fiziki yorğunluğa görə xəstəxanaya aparılıb.

Xəbər efirə gedəndən bir gün sonra televiziya ilə əlaqə saxlayan Xanım Zhang bildirib ki, o, bütün bunların zarafat olduğunu zənn edib. “Bizim aramızda sevgi yaranıb, lakin son vaxtlar o mənə qarşı laqeyd idi,” xanım Zhang Human TV-ə bildirib. “Bir gün o qəfildən mənə təyyarə biletinin şəklini göndərdi, elə bildim zarafat edir. Daha sonra o mənimlə əlaqə saxlamayıb”.

Xanım Zhang əlavə edib ki, cənab Cirk hava limanına gələnəcən o, plastik əməliyyat üçün başqa əyalətə gedib və telefonunu söndürüb.

Çin sosial mediasında istifadəçilərin əksəriyyəti kişinin absurd hərəkətinə diqqəti yönəldib. “O yəqin ki axmaqdır, axı niyə belə hərəkət edib?” istifadəçilərdən biri soruşur. “Bilmir ki, Çində hər şey saxtadır?” digəri deyir. “Bəlkə də qız aeroporta gedib onu görəndən sonra dərhal geri qayıdıb,” başqa bir istifadəçi güman edir.
Bəzilərində isə kişiyə rəğbət yaranıb.

Zhang deyib ki, sağaldıqdan sonra onu görmək istəyər və hələ də əlaqələrinin saxlanmasında maraqlıdır.


Müəllif:

Oxşar xəbərlər