Yerevanın Azadlıq meydanında bu gün daha bir mitinq keçirilib.
Teleqraf.com “NEWS.am”a istinadən xəbər verir ki, polis alayının binasını ələ keçirmiş silahlı qrupa dəstək aksiyası keçirən narazılara “Təsis parlamenti” hərəkatının üzvü Arutyun Aslamazyan rəhbərlik edib. O, çıxışında silahlı qrupun üzvlərinin tezliklə azadlığa buraxılmasını hökumətdən tələb edib.
Qeyd edək ki, iki həftədən çoxdur Ermənistanda etiraz aksiyaları keçirilir.