Ukrayna böhranından sonra "Mintral" hərbi gəmilərini Rusiyaya verməkdən imtina edən Fransa prezidenti Fransua Olland hazırda sərt antirusiya ritorikasından uzaq durmağa üstünlük verir.
Teleqraf.com xəbər verir ki, bu məlumatı "The Wall Street Journal" verib.
Nəşr xatırladır ki, iyulun 8-də NATO-nun sammitində çıxışı zamanı Olland Rusiyanın Fransa üçün təhlükə və düşmən deyil, tərəfdaş olduğunu bəyan etmişdi. Bu açıqlama Parisin bəzi dostlarının razılığına səbəb olmuşdu.
Məqalə müəllifinin fikrincə, Ollandın Rusiyaya qarşı belə mövqeyi 2017-ci ildə onun prezident seçkilərində yenidən qalib gəlmə istəyi ilə bağlıdır: "Fransa prezidenti təxmin edir ki, Moskva ilə yaxşı münaisbətlər avropalı solçular arasında ona yüksək rol qazandıracaq. Ancaq Olland tezliklə fikrini dəyişməli olacaq. Çünki onun bu mövqeyi NATO sammitinin sonunda qəbul olunmuş deklorasiyaya ziddir".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Fransanın ölkəsinin Avropadakı və dünyadakı ən vacib tərəfdaşı adlandırıb.
Samir