3 Avqust 2016 21:36
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda Taliban qruplaşmasının 16 üzvü təslim oldu. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, onlar silahlarını hökumətə təhvil verib.

Heratın polis rəisi general Ayub Ansari bildirib ki, yaraqlılar könüllü olaraq təslim olublar: "Onlar daha öncə Şindent, Paştunzarqun, Guriyan, Guzara və Adraskan kəndlərində hökumətə qarşı silahlı müqavimət göstəriblər. Gələcəkdə digər silahlıların da hökumətə təslim olacaqlarını gözləyirik".

Əfqanıstanda Ali Sülh Şursının "Sülh Proqramı"na görə təslim olan yaraqlılara maddi yardım edilir və işlə təmin olunurlar.

Ayxan


Müəllif:

Oxşar xəbərlər