3 Avqust 2016 19:37
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda kişilər qadınlara dəstək olaarq hicaba bürünüblər. Teleqraf.com xəvər verir ki, hicablı kişilərin fotoları Nyu-Yorkda yaşayan jurnalist və fəal Masih Alinejada göndərilib. Jurnalist isə öz növbəsində buna cavab olaraq #meninhijab adı altında kampaniyaya başlayıb.

1979-cu ildə baş vermiş İslam İnqilabından sonra İranda qadınların hicab geyinməsi mütləq olub. Bu qanuna riayət etməyən qadınlar müxtəlif növ cərimələrlə və hətta həbslə cəzalana bilərlər.

Alinejad kampaniyanı “My Stealthy Freedom” Facebook səhifəsindən geniş şəkildə yaymağa nail olub. İranda yaşayan minlərlə qadın hicaba qarşı olduqları anın fotosunu çəkərək bu səhifədə paylaşmağa başlayıblar.

Adının açıqlanmasını istəməyən İranlı A. deyir ki, o, bu kampaniyaya qardaşı qızına dəstək olmaq üçün qoşulub:

“Mən istəmirəm ki, kimsə mənim azadlığımı əlimdən alsın. Bir neçə dəqiqəlik olsa da, hicabı geyindikdə özümü sanki mən deyilmişəm kimi hiss etdim. Bu, dünyada ən pis hisslərdən biridir, heç kim belə bir hissə məhkum edilə bilməz”.

“Uzun illərdir ki, İranda qadınlar hicab geyinməyə məcbur edilirlər. Hicab geyinərək bu kampaniyaya qoşulmağımın səbəbi də bizim qadınlarımıza dəstəyimi göstərməkdir. 30 ildən çoxdur ki, bu davam edir. İran İslam Dövlətinin mütəmadi olaraq “kişilərin namusu qadınların baş örtüyündədir” deyə təbliğat apardığı bir dövrdə bu, qadınlarımıza dəstəyi göstərə biləcək ən kiçik bir addımdır”, - deyə Tehran sakini Mehdi İndependent-ə bildirib.


Müəllif:

Oxşar xəbərlər