7 Sentyabr 01:57
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika kəşfiyyatı 2024-cü il ABŞ seçkilərinə xaricdən müdaxilə cəhdlərini qeydə almayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Milli Kəşfiyyatı direktorunun ofisinin nümayəndəsi məlumat verib.

Rəsmi şəxs izah edib ki, kəşfiyyat seçkiyə müdaxiləni ABŞ-ın seçki keçirmək qabiliyyətini zəiflətmək və ya pozmaq cəhdləri kimi qəbul edir. Onun iddiasına görə, Rusiya, İran və Çin də daxil olmaqla bir neçə dövlət guya Amerika seçkilərinin nəticələrinə təsir etmək istəyirlər:

“Rusiya, İran və Çin öz maraqları naminə müxtəlif dərəcədə Amerika cəmiyyətində parçalanmaları gücləndirməyə çalışırlar. Kəşfiyyat ictimaiyyəti Rusiyanı builki ABŞ seçkilərinə təsir etmək üçün ən görünən və aktiv xarici təhlükə kimi görməkdə davam edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər