6 Avqust 2016 12:05
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə FETÖ terror təşkilatının işində iştirak etməkdə şübhəli bilinən Almaniya vətəndaşı olan qadın saxlanılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə “Suddeutsche Zeitung” qəzetində məlumat verilib.

Qadının evindən Türkiyə istintaq orqanların şübhəli hesab etdikləri kitablar aşkar edilərək götürülüb. Saxlanılan Almaniya vətəndaşı barədə hər hansı məlumat verilmir. Nəşrin bildirdiyinə görə, Almaniyanın Türkiyədəki səfirliyinin əməkdaşları bir neçə gündür saxlanılan qadınla əlaqə yaratmağa çalışırlar. Lakin hələlik diplomatlar onunla görüşməyə müyəssər olmayıblar.

Almaniya hökuməti Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsindən sonra rəsmi Ankaranın həyata keçirdiyi tədbirlərindən narahatlığını dəfələrlə bəyan edib. Kansler Angela Merkel çevrilişdə iştirakda şübhəli bilinən hamı ilə hüquqi çərçivədə davranılmasını tələb edib.

Bəzi müşahidəçilər isə hesab edirlər ki, Berlin Ankaranın Yaxın Şərqdən qaçqın düşənlərlə bağlı öz öhdəliyini yerinə yetirməkdən imtina edəcəyindən qorxduğu üçün Türkiyəyə qarşı bu məsələdə kifayət qədər sərt davranmır. Bu gün “Şpigel” həftəliyində dərc olunmuş “Zəiflik nişanəsi” adlı materialda bildirilir ki, prezident Ərdoğan öz əleyhdarlarına qarşı sərt davransa da, kansler Merkel Türkiyə ilə əlaqələri təhlükə altında qoymaq istəmir: “Merkel bununla Ankara ilə qaçqınlar məsələsində sövdələşməyə getdiyi fikrini beynindən çıxara bilmir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər