7 Avqust 2016 23:35
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD Əfqanıstanda ABŞ ordusuna məxsus silah-sursat ələ keçirdiyini bəyan edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, qruplaşma üzvləri Amerika hərbçilərinin istifadə etdikləri portativ raket qurğuları, radiostansiya və başqa texnikanın fotolarını yayıblar. Fotolarda ABŞ ordusunun əsgərlərindən birinin şəxsiyyət vəsiqəsi də görünür.

Qruplaşma üzvləri hərbçilərin həmin silah-sursatı əməliyyatlardan birində itirdiklərini bildirirlər. ABŞ komandanlığı bunun nə zaman, harada olduğunu araşdırır.

Bu ilin iyulunda ABŞ prezidenti Barak Obama bildirmişdi ki, 8400 amerika hərbçisi 2017-ci ilədək Əfqanıstanda qalacaq. Daha əvvəl onların sayının 5 minədək azaldılacağı gözlənilirdi.


Müəllif:

Oxşar xəbərlər