Türkiyə Rusiyanın “Sputnik” kanalına ölkə daxilində qadağanı aradan qaldırıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu haqda “Sputnik” in bu ölkədəki rəhbəri Mahir Boztəpə deyib.
Mahir Boztəpə bildirib ki. Türkiyənin Rabitə Nazirliyi “Sputnikə” qoyduğu qadağanı aradan qaldırıb.
Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında Suriya sərhədində vurulan rus qırıcı təyyarəsindən sonra münasibətlərdə yaşanan problem səbəbindən Türkiyə ölkə daxilində “Sputnik”in yayımını əngəlləmişdi.
Sabah Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Putin Sankt-Peterburq şəhərində görüşəcək. Bu görüşə 1 gün qalmış Ankara ölkə ərazisində “Sputnik”ə yaşıl işıq yandırıb.
Cavad